Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Oğluma görə məni öldürmək istəyirdilər” – Arif Quliyev

05.03.2020 13:52

“Sənətimiz ondan ibarətdir ki, nə qədər qəmgin olsaq da, hadisəli həyat yaşasaq da insanlara bunları hiss etdirməyək. Əksinə, çalışıb insanları kədərli haldan çıxarmalıyıq”.

Об этом сообщает Руспрес

A24.az-ın məlumatına görə, bu sözləri xalq artisti Arif Quliyev “100-dən 1-i” verilişində deyib.

Aktyor ən kədərli anında belə səhnəyə çıxmaqdan imtina etmədiyini söyləyib:

“Oğlumun bir cinayətdə əli oldu. Kiminsə övladına xələl yetirdilər. Həmin ailənin üzvləri dedi ki, “Onun oğlu bizim övladımıza sui-qəsd edib. Gərək biz də onu öldürək”. Oğluma görə məni öldürmək istəyirdilər. Həmin günü sarayda səhnəyə çıxırdım, gərgin idim. Amma buna baxmayaraq tamaşaçıları güldürdüm”.

Qeyd edək ki, A.Quliyevin oğlu həbsdən çıxdıqdan sonra dünyasını dəyişib.(axşam.az)