Ölkədə evlənənlərin və boşananların sayı AÇIQLANDI
05.03.2020 13:53Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınıb.
Об этом сообщает Роспрес
Dövlət Statistika Komitəsindən A24.Az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
Qeyd edək ki, ötən ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13305 nikah və 3611 boşanma halları qeydə alınmışdı. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 idi.

