Ölü bildiyi oğlu ilə illər sonra rastlaşan ata hər kəsi ağlatdı – ÜRƏKDAĞLAYAN VİDEO
05.03.2020 13:53Öldüyünü bildiyi oğlu ilə görüşən atanın görüntüləri sosial medianın gündəmini zəbt edib.
Об этом сообщает Руспрес
A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada gedən döyüşlər zamanı oğlunun dünyasını dəyişdiyini ehtimal edən atanın illər sonra övladı ilə görüşməsini əks etdirən görüntülər hər kəsi duyğulandırıb.
Belə ki, Türkiyədə lentə alınan görüntülərdə azyaşlı ilə dülgər sexinə daxil olan yaşlı kişinin qarşılaşdığı gənc oğlana sarılaraq ağlaması əks olunub. Məlum olub ki, yaşlı kişi illər öncə öldüyünü bildiyi oğlu ilə həmin müəssisədə təsadüfən rastlaşıb. Ata və oğulun bir-birinə qovuşması ictimaiyyətdə böyük maraqla qarşılanıb.
Görüntülərin Türkiyənin hansı şəhərində çəkildiyi barədə məlumat yoxdur.

