Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Onlara haqqımı halal etmirəm” – Hacı Surxay VİDEOMÜRACİƏT YAYDI

05.03.2020 13:53

İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli içki məclisində olduğu iddia edilən görüntülər barədə videomüraciət yayıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, ilahiyyatçı onun da yer aldığı fotonun içki məclisində çəkilmədiyini qeyd edib.

“Bir neçə gün bundan öncə mənim haqqımda müəyyən şayiələr yayıldı. Və bəzi insanlar mənim şəklimi götürərək ondan sui-istifadə edib, pis mənada insanlara təqdim etdilər. Peyğəmbərin hədisi var: “Təəccüb edirəm o kəsə ki, başdan ayağa eybin içindədir, amma onun-bunun eybini axtarır. Ümumiyyətlə, qul haqqına girməkdən böyük bir günah yoxdur. Açıq etiraf edirəm ki, mən özümü dərk edəndən bu günə qədər heç vaxt şərab süfrələrində oturmamışam. Allahın haram buyurduqlarına hər zaman haram demişəm və deyəcəyəm də. Bunu da nəzərə almaq lazımdır ki, bəzi saytlar özləri üçün hörmət qazanmaq məqsədiylə mənim adımdan istifadə edirlər və mən onlara haqqımı halal etmirəm” – deyə, Hacı Surxay videomüraciətində qeyd edib.

Qeyd edək ki, sosial şəbəkədə Hacı Surxay Məmmədlinin içki məclisində əyləşdiyini əks etdirən fotoların yayıldığı iddia olunurdu.

A24.az

Foto Qalereya: