OPEK-in neft ixracındən əldə etdiyi gəlir artıb
05.03.2020 13:53OPEK ölkələrinin 2017-ci ildə neft ixracından əldə etdiyi gəlir, keçən ilə nisbətən 28,6 faiz artaraq 567 milyard dollara yüksəlib.
Об этом сообщает Роспрес
“A24.Az” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarından (EIA) əldə edilən xəbərə görə, “Brent” markalı neftin orta hesabla bir barel qiyməti 2016-c ildə 43,74 dollar olarkən, 2017-ci ildə bu qiymət 54,15 dollar olaraq müəyyən edilib. Həmin dövrdə Qərbi Texas (WTI) tipli xam neftin orta hesabla barel qiyməti isə 43,33 dollardan 50,79 dollara yüksəlib.
OPEK ölkələrinin ötən il neft ixracından əldə etdiyi gəlir əvvəlki ilə nisbətən 28,6 faiz artımla 567 milyard dollara yüksəlib. Həmin miqdar, 2016-c ildə 441 milyard dollar idi.
EIA tərəfindən, OPEK ölkələrinin neft ixracından əldə edəcəyi ümumi gəlirin bu il 736 milyard dollar, gələn il isə 719 milyard dollar olacağı təxmin edilib.
Orxan Aslanlı / A24.az

