Oqtay Əsədov İran Prezidenti ilə görüşdü
05.03.2020 13:53Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov dekabrın 25-də Tehranda İran Prezidenti Həsən Ruhani və İslami Şura Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.
Об этом сообщает Руспрес
A24.Az IRIB-ə istinadən xəbər verir ki, Həsən Ruhani Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinin ölkəsi üçün mühüm olduğunu deyib: “Xoşbəxtlikdən iki ölkənin əlaqələri ötən illərdə inkişaf edib. Hazırda Tehran və Bakı arasında yaxın və səmimi münasibətlərin olduğunun şahidiyik”.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə ötən 5 ildə 12 dəfə görüşdüyünə işarə edib: “İki ölkə rəsmilərinin yaxın münasibətləri və ciddi səylərinin nəticəsi ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına səbəb olub”.
İran Prezidenti iki ölkənin Şimal-Cənub marşrutunun çəkilməsində, Astara-Rəşt dəmir yolunun təkmilləşdirilməsində ikitərəfli əlaqələrin mühüm əməkdaşlıqlarından adlandırıb.
Həsən Ruhani daha sonra regional münaqişələrin siyasi müstəvidə və müzakirə yolu ilə həll edilməsini vurğulayıb: “Xalqların hüquqlarının qorunması çərçivəsində həll edilməsinə səy göstərilməlidir. Bu istiqamətdə İran İslam Respublikası regional münaqişələrin həllinə kömək etməyə hazırdır”.
Oqtay Əsədov İran və Azərbaycanı iki dost və qardaş ölkə adlandıraraq iki ölkə arasında səmimi münasibətlərin olduğunu bildirib: “İki ölkə başçılarının əlaqələrin genişləndirilməsinə xüsusi önəm verməsi ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub”.
Milli Məclisin Sədri İranın regional və beynəlxalq məsələlərlə bağlı mövqeyini, habelə qonşu ölkələrin ərazi bütövlüyünü dəstəkləməsini də hörmətə layiq addım adlandırıb: “Heç şübhəsiz, regional problemlər elə bölgə ölkələri tərəfindən həll edilməlidir”.
İran parlamentinin sədri Əli Laricani Oqtay Əsədovla görüşdən sonra birgə mətbuat konfransında iki ölkənin iş adamlarının sərmayə qoyuluşunun sadələşdirilməsinə, iki ölkənin sərhəd məntəqəsi sakinlərinin gediş-gəlişinin asanlaşdırılması və başqa məsələləri müzakirə etdiklərini bildirib.
Oqtay Əsədov isə deyib ki, ölkələr arasındakı siyasi əlaqələr çox yaxşı səviyyədədir: “Bizim başlıca məqsədimiz parlamentlərarası dostluq qrupunun daha da aktivləşdirilməsidir”.

