Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Oqtay Şirəliyevin qızı mədəniyyət naziri oldu

05.03.2020 13:53

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiyada yüksək vəzifəyə təyin edilib.

Об этом сообщает Роспрес

“A24.Az” “Rambler.ru”ya istinadən xəbər verir ki, 44 yaşlı Şirəliyevaya mədəniyyət naziri postu həvalə olunub. Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev qərar qəbul edib.

N. Şirəliyevaya qədər bu posta Oksana Kosaryeva rəhbərlik edib.

Qeyd edək ki, uzun illərdir Rusiyada yaşayıb-fəaliyyət göstərən N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, ingilis və fransız dillərini bilir. O, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tuturdu.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib.

2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.