Ordubadinin Cavidi, Çəmənzəminlini xain çıxardığı məqalə – REPRESSİYA HƏQİQƏTLƏRİ
05.03.2020 13:53Repressiya dönəmində yazıçıların həmkarları haqqında yazaraq özlərini repressiyadan qoruduğu sirr deyil.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Azərbaycan ədəbiyyatının ən sanballı nümayəndələrindən olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminlinin repressiyaya məruz qalmasına təkan verən mətnlərdən birinin müəllifi yazıçı Məmməd Səid Ordubadi olub.
Ordubadinin 1937-ci ilin iyun ayında “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Təmizliyə başlamalıdır” məqaləsi Hüseyn Cavid, Böyükağa Talıblı, Tağı Şahbazi, Əli Nazim, Əhməd Cavad, Y.V.Çəmənzəminli, Sanılı və digər ədibləri hədəfə alıb.
Müəllif məqalədə Yazıçılar İttifaqını və özünü təşkilatı “xalq düşmənləri”ndən təmizləməməkdə qınayır:
“İttifaqın bu sükütu xalq düşmənlərinin ittifaqda qalması və öz xain hərəkətlərinə davam etməsinə imkan yaratdı. Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin ifşa edildiyi zamanda Cavid, Əhməd Cavad, Sanılı, Salman Mümtaz və başqalarının məsələsi həll edilməli idi”.
Məmməd Səid Ordubadi məqalədə bunlarla kifayətlənməyərək, onları “əxlaqı pozulmuş ünsürlər” adlanır:
“18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı, daha bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaqı bu kimilərdən xilas etmək lazımdır”.
Qeyd edək ki, 1937-ci ilin iyun, iyul aylarında “Ədəbiyyat qəzeti”ndə bir çox yazıçılar həmkarları haqqında ağlasığmaz məqalələrlə çıxış edib. A24.Az bu silsilədən olan mətnlərin dərcini davam etdirəcək.

