Ötən gün qatarla yük avtomobilin toqquşmasının GÖRÜNTÜLƏRİ YAYILDI
05.03.2020 13:53Ötən gün Qax rayonunda qatarla yük avtomobilinin toqquşmasının görüntüləri yayılıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, dünən səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirlir.
Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.
Faktla bağlı araşdırma aparılır.

