Özil hansı hərəkəti ilə Ronaldonu qəzəbləndirib?
05.03.2020 13:53“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo türk əsilli futbolçu Mesut Özilin “Real Madrid”dən ayrılmasından sonra narahat olduğunu etiraf edib.
Об этом сообщает Роспрес
A24.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu sabiq komanda yoldaşının “Arsenal”a keçidinin onun üçün pis xəbər olduğunu söyləyib.
Portuqaliyalı forvard Özilin onun əvvəlcədən nə edəcəyini bilən ən yaxşı oyunçu olduğunu bildirib: “İndiyə qədər onun komandadan ayrılmasına görə hələ də qəzəblənirəm”.
Qeyd edək ki, Mesut Özil 2010-cü ildən 2013-cü ilə qədər “Real Madrid”də çıxış edib. Ronaldo isə 2009-cu ildən bu ilin yayına kimi İspaniya təmsilçisinin formasını geyinib.

