Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pakistanda “səssiz dövlət çevrilişi” – Baş naziri Pakistanın FETÖ-sü devirdi

05.03.2020 13:53

Pakistanın seçilmiş baş naziri Nəvaz Şərif  Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən azad edilib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, strateji mövqeyi və 200 milyonluq əhalisi ilə İslam dünyasında önəmli bir yerə sahib olan Pakistan, Türkiyədəki terror təşkilatı FETÖ-nün “məhkəmə çevrilişi” sarsıldı.

Konstitusiya Məhkəməsi seçilmiş baş nazir Nəvaz Şərifi vəzifədən azad etdi. Məhkəmə Nəvaz Şərifi ömrünün axrınadək siyasətlə məşğul olmağı da qadağan edib.

Yerli və dünya mediasında isə Şərifin vəzifəsindən çıxarılmasının arxasında Pakistanın FETÖ-sü olaraq tanınan Tahir ül Qadri adlı icma lideri olduğu yazılır.

Ölkədə çox mühüm bir qüvvə olan Pakistan ordusu ilə yanaşı, Kanadada yaşayan Qadrinin həyatı və etdikləri  FETÖ lideri Gülən ilə eynidir. Qadrinin rəhbərlik etdiyi icma həm təşkilatlanma, həm də ideoloji olaraq FETÖ ilə çox oxşardır.

Camaatın lideri olan Tahir ül Qadri ölkəsində təhlükəsizliyinin qorunmadığını əsas gətirərək, uzun illərdir Kanadada yaşayır.

Seçki nəticələri ilə razılaşmayan Qadri  2014-cü ildə tərəfdarlarını küçələrə çağırmış və ölümlərlə nəticələnən iğtişaşlara səbəb olmuşdu.

Dinlər arası dialoq fəlsəfəsini mənimsəyən Qadri, müxtəlif qeyri-hökumət təşkilatları quraraq beynəlxalq təşkilatların da dəstəyini alır.

Qadri özünü demokratiya tərəfdarı göstərərək mütəmadi olaraq ölkəsindən Qərbə şikayətlər edir.

Tez-tez yuxularında Məhəmməd Peyğəmbəri (salləllahu əleyhi və səlləm) gördüyünü iddia edir.

Camaatın yüksək səviyyəli adları ölkədə hüquq və təhlükəsizlik orqanlarında mühüm postlar tutublar.

Qadriyə bağlı olan fondların məktəbləri var.

Dünya ictimaiyyətində Panama sənədləri kimi tanınan olaylarla əlaqələndirilən Nəvaz Şərif məhkəmənin qərarından sonra istefasını açıqlayıb. O açıqlamasında irəli sürülən bütün ittihamları rədd edib.

1947-ci ildə müstəqilliyini qazanan Pakistanın tarixində seçki ilə vəzifəyə gələn heç bir baş nazir vəzifə müddətini başa vuracaq qədər hakimiyyətdə qala bilməyib. Müxtəlif vaxtlarda 3 dəfə baş nazir olan Şərif  son dövrlər hakimiyyətin zorla ələ keçrilməsi ilə bağlı açıqlamalar verirdi.

Pakistanda Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan Nəvaz Şərifin partiyası PML-ın (Pakistan Müsəlman Birliği-Nəvaz) tərəfdarları küçələrə axışıblar. Onlar  Konstitusiya Məhkəməsinin qərarını tənqid ediblər. Avropa.info