Papa uşağa təcavüz edən Baş Yepiskopu kilsədən qovdu
05.03.2020 13:53Vatikan adı uşaq təcavüzündə hallanan, Çilinin paytaxtı Santiyaqodakı kilsədə xidmət göstərən Baş Yepiskop Kristian Preçti tutduğu vəzifədən uzaqlaşdırıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, son zamanlar uşaq təcavüzləri ilə bağlı hadisələr Katolik Kilsəsinin başına dərd olmaqda davam edir.
Bu dəfə Vatikan Santiyaqo şəhərində himayəsində olan katolik kilsəsinin Baş Yepiskopu Kristian Preçti tutduğu vəzifədən azad edib. Verilən qərarın rəsmi olduğu və Roma Papası Fransisk tərəfindən təsdiq edildiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl də Preçt uşaq təcavüzü və 4 rahibin uşaqlara etdiyi təcavüz hallarını gizlətdiyi üçün 5 il Baş Yepiskop xidmətindən uzaqlaşdırılmışdı.

