Paşinyan daha bir generalı işdən çıxardı
05.03.2020 13:54Ermənistanda baş hərbi müfəttişin müavini general-mayor Mikayel Arzumanyan işdən azad edilib.
Об этом сообщает Руспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu haqda qərar imzalayıb.
Bildirilib ki, o işdən çıxma haqda özü ərizə yazıb.
Xatırladaq ki, siyasi fəaliyyətinə görə Mikayel Arzumanyan iyulun 7-də dindirilib. Qeyd edək ki, aprel ayından etibarən Mikayel Arzumanyan baş hərbi müfəttişin müavini vəzifəsini icra etməyə başlamışdı.
Orxan Aslanlı // A24.Az

