Paşinyandan Qarabağla bağlı yeni – BƏYANAT
05.03.2020 13:54Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistan parlamentinin hökumət başçılığına namizədliyin müzakirə edildiyi iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı deputatların sualına cavab verib.
Об этом сообщает Роспрес
Ermənistan mətbuatına istinadla xəbər veririk ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz.
“Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab etdiyim variant danışıqlar prosesində hazırlansa, sözsüz ki, bu, ilk addım olacaq. Qarabağ məsələsinin gizli yolla istənilən həlli istisna edilir”, – Paşinyan deyib.
Onun sözlərinə görə, münaqişənin həlli zamanı Azərbaycan və Ermənistan xalqlarının, eləcə də, Qarabağda yaşayan sakinlərin mövqeyini nəzər almaq lazımdır.

