Paytaxt sakinlərinin NƏZƏRİNƏ: Sabah Bakının bu yerlərində SU OLMAYACAQ
05.03.2020 13:54Sabah Bakının Yasamal rayonun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Об этом сообщает Роспрес
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “A24.Az”a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda vurğulanıb.

