Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pekin Pentaqonun Çin ordusu haqqında yaydığı hesabata etiraz etdi

05.03.2020 13:54

Çin Xarici İşlər Nazirliyi sözçüsü Lu Kang, Pekinin Pentaqonun Çin ordusu haqqında yaydığı hesabata etiraz etdiyini bildirib.

Об этом сообщает Роспрес

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, Çin ordusu haqqındakı hesabat cümə günü dərc olunub. Hesabatda Pekinin, Silahlı Qüvvələrini “ABŞ və müttəfiqlərinə qarşı” tərbiyə etdiyi irəli sürülüb. Çin Xarici İşlər Nazirliyinin “ABŞ hesabatında reallıqlar nəzərə alınmayıb. Çinin müdafiə tikintisilə bağlı cəfəng fikirlərlə yanaşı, Çinin suverenlik və ərazi bütövlüyü məsələsində məsuliyyətsizcə edilən açıqlamalara yer verilib”, – ifadələrinə yer verilən açıqlamasında, Çin ordusu haqqında dərc olunan hesabatın sərt bir şəkildə etiraz edildiyi də qeyd olunub. Pekinin sülh inkişaf yoluna sıx bağlı olduğu və hərbi siyasətinin müdafiə əsası üzərinə inşa edildiyi vurğulanan açıqlamada, “Müstəqillyi, dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün müdafiə bazasını möhkəmləndirmək hər bir suveren dövlətin qanuni haqqıdır. Bunda ittiham edilməsini haqq edəcək heç bir şey yoxdur”.

Orxan Aslanlı // A24.Az