Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pensiyalarla bağlı YENİLİK – VİDEO

05.03.2020 13:54

Növbəti ildən Azərbaycanda pensiya yaşı çatmış şəxslərin 70 faizinə avtomatlaşdırlmış qaydada pensiya təyin ediləcək. Onların hər hansı quruma sənəd təqdim etməsinə ehtiyyac qalmayacaq.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev bildirib.

O deyib ki, yeni hesablama üsulu ilə pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq. Bununla da pensiyası avtomatik təyin edilən şəxslərin 19,500 nəfərinin gəliri 48 faizədək artacaq. Amma gələn ildən ümumi pensiya alanların 30 faizinin pensiyası yenə də müraciət əsasında təyin ediləcək.

Gələn ildən pensiyası avtomatik təyin edilcək 64 yaşlı kişilər və 61 yaşlı qadınların doğum günlərində onların telefonuna, E-mailinə və ya ünvanına məktub göndərələcək və pensiya kartını götürməsi üçün müvafiq banka yaxınlaşması tövsiyə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: