Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Pişik” Günel və Zema zorlanan 4 yaşlı qıza görə edam tələb etdilər

05.03.2020 13:54

Müğənni Günel Ələkbərova və aparıcı Zemfira  Adıgözəlova Naxçıvanda zorlanan 4 yaşlı qız uşağı haqqında öz fikirlərini bölüşüb.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, jurnalistin sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Naxçıvanda 4 yaşlı qızın 23 yaşlı bir oğlan tərəfindən zorlanmasıdır sözünə tanınmışlar sərt reaksiya bildirib:

“Bu barədə heçnə demək istəmirəm. Allah elə insanların bəlasını versin. O cür insanları hər kəsin gözü qarşısında əziyyət verərək, edam etmək lazımdır.  Gərək ona verilən işgəncəni videoya çəkib, hər kəsə göstərərdilər. Qadına zorakılıq normal hərəkət deyil. Bizdə bir xüsusiyyət var ki, belə hallarda valideynlər cəmiyyət içərisində utanmasın deyə, onu gizlətməyə çalışırlar. Bu isə qəbuledilməz haldır. ”

Qeyd edək ki, hərbi xidmətdən yeni dönmüş şəxs Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına aparıb, bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşağın çığırtısını eşidib və həmin şəxsi yaxalayıb.

Azyaşlı Culfadakı xəstəxanada dünyasını dəyişib.