Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

PKK-dan hücum: Kəndiləri öldürdülər

05.03.2020 13:54

PKK terrorçular daha bir xain plana əl atıblar.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mediasına istinasən xəbər verir ki, Türkiyənin Beytüşşebap rayonunun Misli kəndində yaşayan Əbubəkr Adıyaman və Salman Öztunç, pendir satmaq məqsədilə Siirtin Pervari rayonuna bağlı Doğan kəndinə getmək üçün yola çıxıb. Adıyaman və Öztunçun uzun müddət evə qayıtmaması üzərinə şübhələnən ailələr, vəziyyəti polisə bildiriblər. Polis və vətəndaşlar tərəfindən aparılan axtarışda, Adıyaman və Öztunçun cəsədləri Doğan kəndinin çöllük ərazisində taplılıb. Aparılan tədqiqatda, iki nəfər PKK-lı terrorçular tərəfindən qaçırıldığı, avtomobilləri yandırdıqdan sonra qətl törətdikləri müəyyən edilib.Terrorçuların öldürdüyü iki kəndlinin meyiti, 23-ci Jandarma Piyada Diviziya Komandanlığının helikopteri ilə Şırnak Dövlət Xəstəxanası morquna aparılıb. Kəndilərin cəsədi Misli kənd qəbiristanlığına dəfn edilib.

Orxan Aslanlı // A24.Az