Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

PKK Suriyadan çıxmaması üçün ABŞ-a yalvarır

05.03.2020 13:54

“Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatı ilə sonlarının yaxınlaşdığını hiss edən PKK-nın Suriya qolu YPG regiondakı mövcudluğunu davam etdirə bilmək üçün ABŞ-ın da Suriyadan çıxmaması lazım olduğunu bildirib.

Об этом сообщает Роспрес

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, YPG-li rəsmiləri bölgədəki “ünsür”lərini itirməmək üçün ABŞ təminatı altında qalmalarının lazım olduğunu söyləyirlər.

PYD rəhbəri Əhməd Əbdüssəlam “amerikalıların mövcudluğunun davamı, rejimi güzəştə getməyə və Suriya Demokratik Məclisi (SDM) ilə ciddi müzakirəyə məcbur edəcək”, – deyə bildirib.

YPG-li terrorçuların bu açıqlamanı etməsindəki əsas həqiqət Suriyanın şimalında yerləşən və Türkiyənin təmizlədiyi bölgələrdir. Xüsusilə Türkiyə sərhədini terrordan təmizləyən “Mehmetçik” bir sonrakı hədəf kimi Kobanini müəyyən edib, bu da Suriyadakı terror varlığının sona çatdırılmasına kömək edib. YPG-nın sonunun yaxınlaşmasını hiss edən təşkilatın idarəçiləri bu məqamda ABŞ-ın onları yarı yolda buraxmasından narahat olur, regiondan tamamilə getməkdən qorxurlar.

Orxan Aslanlı / A24.az