Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polis pirotexniki vasitə aşkarladı

05.03.2020 13:54
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən A24.az-a verilən xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik və Bakı Şəhər Baş Polis idarələri əməkdaşlarının keçirdikləri növbəti reydlər zamanı Mircəlal küçəsində, “Sədərək” ticarət mərkəzində və Binə qəsəbəsi ərazisində 4 mağazadan ümumilikdə 6200 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Об этом сообщает Руспрес