Politoloq: “Paket” maaşların verilməsində məqsəd…”
05.03.2020 13:54Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin “paket maaş” etirafları onların əleyhinə çevriləcəkmi?
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə “obşiy katyol”a toplanan pullardan nazir müavini İltimas Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1.5 milyon manat götürdüyünü bildirib. İ.Məmmədov isə öz növbəsində nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı olduğunu deyib. O, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. Göründüyü kimi, Nazirliyin həbsdə və fəaliyyətdə olan sabiq və indiki yüksək vəzifəliləri “paket maaş” məsələsini açıq mətnlə etiraf ediblər və hazırda bu məsələ mətbuatda geniş müzakirə olunmaqdadır. Hazırda bu çərçivədə maraq doğuran əsas məsələ “paket maaş” etirafını etmiş “rabitəçilər” məsuliyyətə cəlb edilib-edilməyəcəkləridir.
Bu barədə A24.Az-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, haqqında danışılan Nazirliyin vəzifəli şəxslərinin məlum etriaflarının cinayət məsuliyyəti yaradıb-yaratmadığını istintaq müəyyənləşdirməlidir: “Deyim ki, bir sıra dövlət qurumlarında “paket” maaş sisteminin olduğu məlum idi, mətbuat da bu barədə dəfələrlə yazmışdı.
Ancaq deyim ki, “paket” maaş məmurları sürətlə varlandırmaq məqsədilə onlara verilmirdi. Burada əsas məqsəd vəzifəli şəxslərin rüşvət və korrupsiyaya bulaşmamalarını stimullaşdırmaq olub. Ancaq görünür, o Nazirliyin rəhbərliyi bundan sui-istifadə edib. Yəni “paket maaş” min-min beş yüz manat civarında verilməli olsa da, real məbləğ bundan qat-qat çox olub. Açığı, bu halın həmin məmurlar üçün cinayət məsuliyyəti yaratması haqda fikir bildirməyə çətinlik çəkirəm – bunu müəyyən etmək istintaqın işidir. Ona görə də bu basələ siyasi şərh verməyim doğru olmazdı”.

