Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident İlham Əliyev DİN-in Polis Akademiyasında yeni tədris binasının açılışında

05.03.2020 13:55

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.