Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident İlham Əliyev Vyetnamın yeni seçilmiş dövlət başçısını təbrik edib

05.03.2020 13:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik məktubu ünvanlayıb.

Об этом сообщает Футляр от виолончели

“Report”un məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm”.