Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezidentin yüksək vəzifə verdiyi Mətin Eynullayev kimdir?

05.03.2020 13:56

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mətin Eynullayev Təhsil nazirinin müavini vəzifəsindən azad edilib və Vergilər Nazirliyində yüksək posta təyin olunub.

Об этом сообщает Роспрес

A24.AZ xəbər verir ki, M.Eynullayev buna qədər “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi işləyib.

O, hazırkı Vergilər Naziri Mikayıl Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda (2009-2013-cü illər) bu qurumda sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

Mikayıl Cabbarov 2013-cü ildə Təhsil Naziri təyin olunandan sonra M.Eynullayevi də özü ilə birgə gətirib və o, burada Aparat rəhbərinin müavini, Aparat rəhbəri və son olaraq, nazir müavini postuna qədər yüksəlib.

M.Cabbarov 2017-ci il dekabrın 5-də Vergilər Naziri təyin edilib və bu qurumda apardığı kadr islahatlarından sonra M.Eynullayev burada yüksək vəzifəyə təyin edilib.

Nərmin Kərim, A24.AZ