Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putin Almaniyaya SƏFƏR EDİB: Merkel ilə danışıqlar aparacaq

05.03.2020 13:56

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.

Rusiya Prezidenti yolüstü Avstriyada dayanıb. O, Avstriyanın xarici işlər naziri xanım Karin Knaysl və maliyyəçi Volfqanq Maylingerin toyunda iştirak edib.

RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.