Putin: Milli valyutalarla ticarət etmək istəyən ölkələr artıb
05.03.2020 13:57Rusiya prezidenti Vladimir Putin milli valyutalarla ticarət aparmaq istəyən ölkələrin sayının artdığını və bunun doğru bir meyl olduğunu bildirib.
Об этом сообщает Руспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın sanksiyaları səbəbindən Rusiya, Türkiyə, Çin və İran kimi ölkələr milli valyutalarla ticarət sahəsindəki görüşlərini mütəmadi olaraq keçirdikləri bir zamanda, Putindən başqa ölkələrin də istəkli olduğu açıqlaması verilib.
Rusiyanın ən şərqindəki Vladivostok şəhərində keçirilən “Şərq İqtisadi Forumu”ndakı bir iclasda danışan Putin bu sözləri ifadə edib: “Dollarla mübadilədə qarşılaşılan halları nəzərə alsaq, getdikcə artan sayda bir çox ölkə milli valyutalarla ticarətə maraq göstərir”, – deyə o bildirib.
Orxan Aslanlı / A24.az

