Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putindən möhtəşəm viza qərarı – Rusiyaya gələnlərdən viza tələb olunmayacaq

05.03.2020 13:57

Rusiya prezidenti Vladimir Putin FİFA Dünya Kuboku üçün Rusiyaya gələn azarkeşlərə ilin sonuna qədər Rusiyaya daxil olarkən viza tətbiq edilməyəcəyini açıqlayıb.

Об этом сообщает Роспрес

Saytımız xarici mediaya istinadən xəbər verir ki, Putin Dünya Kubokunun başa çatmasından sonra bir sıra əhəmiyyətli açıqlamalar verib.Çıxışı zamanı Putin Rusiyanın möhtəşəm sayıla biləcək bir oyun gerçəkləşdirdiyini ifadə edib:

“Dünya Kuboku üçün Rusiyaya milyonlarla insan gəldi. Matçları izləmək istəyən azarkeşlər ilin sonuna qədər şəxsi işləri üçün Rusiyaya gəlmək məcburiyyətində ola bilərlər. Ona görə də Rusiya olaraq verdiyimiz qərara əsasən Dünya Kubokunda matçları izləyən bütün azarkeşlərə ilin sonuna kimi Rusiyaya gələrkən viza tətbiq olunmayacaq”.

Dünya Çempionatının milyonlarla insanın Rusiyanı tanımaq üçün fürsət olduğunu deyən Putin “bir çox insan artıq ölkəmiz haqqında fikirlərini dəyişdirdi. Bu bizim üçün çox vacib sayılan nəticədir” şəklində danışıb.

Qeyd edək ki, Rusiya Dünya Kubokundan əvvəl matçlara bilet alan əcnəbi ölkə vətəndaşlarına vizanın qiymətini qaldırmışdı. Oyunlara azarkeşlik etmək üçün Rusiyaya gələnlər “Fun İD” altında ad almış və bu imzayla Rusiyaya giriş-çıxışları zaman onlardan pasport və viza tələb edilməyib.