Putini məyus edəcək XƏBƏR – Viktrosiyası ölü tapıldı
05.03.2020 13:57Rusiya prezidenti Vladimir Putinin təbiətə buraxılan bəbiri ölü tapılıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Putinin qorunması üçün təlimat verdiyi Pars bəbiri kimi tanınan bəbirlərdən biri təbii mühitdən qaçaraq Abxaziyada tutulmuşdu. Yenidən təbiətə qaytarılan bəbirin ölü tapıldığı öyrənilib.
Noyabr ayında Rusiyanın Soçi şəhərinin təbii mühitindən qaçan, Abxaziyanın Qudauta şəhərində yerləşən Lıhnı kəndində tutulan bəbir yaxalandıqdan sonra müalicə edilərək 2018-ci ildə yenidən təbii mühitə qaytarılıb. Putinin 3 sevimli bəbirindən biri olan “Viktoriya” adlı bəbir təbiətə qaytarıldıqdan 3 həftə sonra ölü aşkar edilib.
Qeyd edək ki, 2016-cı ilin iyul ayında “Viktoriya”, “Killy” və “Akhun” adlı bəbirlər Qafqaz dağlarına buraxılıb. Putin təbiətə buraxılmazdan əvvəl bəbirlərlə media qarşısında şəkillər çəkdirmiş, yox olma təhlükəsi ilə üz-üzə olan bəbirlərin qorunması üçün təlimat də vermişdi.
Firuzə Alimova / A24.az

