Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putinlə Ərdoğan görüşəcək

05.03.2020 13:57

Çavuşoğlu iki ölkə rəhbərinin Suriya mövzusundan danışacağını qeyd edib

Об этом сообщает Руспрес

Türkiyə lideri Rəcəb Tayib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi görüşəcəklər. 

A24.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Çavuşoğlu iki ölkə rəhbərinin Suriya mövzusundan danışacağını qeyd edib.

“İdlibə hücumları dayandırmaq üçün çox səy göstərdik. Fərqli ölkələrin XİN ilə də əlaqədəyik. Terror təşkilatı ilə mübarizə adı altında sadə vətəndaşların öldürürlməsi insani addım deyil. Bura sülh və əmin-əmanlıq gətirməliyik. Əlaqələrimizi davam etdirəcəyik. Önümüzdəki günlərdə İran və Rusiya ilə görüşlərimizi davam etdirəcəyik. Bazar ertəsi günü prezidentimiz Putin ilə görüşəcək. Birləşmiş Millətlər Təşkilatında da səylərimizi davam etdirəcəyik” deyə o bildirib.

Xatırladaq ki, Türkiyə, Rusiya və İran keçən həftə Tehranda bir araya gələrək İdlibdəki hadisələri dəyərləndimişdilər.

Onu da qeyd edək ki, Rəcəb Tayib Ərdoğan önümüzdəki həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka gedəcək.