Qəbir qazdılar, içindən küp çıxdı – Qazaxda qeyri-adi tapıntı – VİDEO
05.03.2020 13:57Qazaxın Çaylı kəndində qeyri-adi hadisə baş verib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, kənd sakinləri qəbirstanlıqda məzar qazdıqda torpağın altından küp tapılıb.
Videoda küpün boş olduğu görünür. Amma onu tapan şəxslərin küpün içindən hər hansı qiymətli əşya götürüb-götürmədikləri bəlli deyil.
Qeyd edək ki, bir müddət öncə Çaylı kəndi ərazisindəki Sarvantəpə yaşayış yerində arxeoloji qazıntılar zamanı qədim dövrə aid maddi mədəniyyət qalıqları tapılmışdı.

