Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qəza törədən “BakuBus” avtobusunun sürücüsü təkcə cəzalandırılmır, həm də… – BNA aydınlıq gətirdi

05.03.2020 13:57

Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında “Baku Bus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir neçə gün öncə də “BakıBus”un 3 avtobusu bir-birinə çırpılıb. Nəticədə hər üç avtobusa ciddi ziyan dəyib.

Об этом сообщает Руспрес

Sosial mediada yayılan məlumatlara görə, “BakuBus” avtobuslarına dəyən zərər hadisə zamanı sükan arxasında əyləşən sürücülər tərəfindən ödənilir. Bu zərərin ödənişi sürücülərin aylıq əməkhaqqından tutulmaqla həyata keçirildiyi iddia olunur. Eyni zamanda, bildirilir ki, sözügedən avtobusların ehtiyyat hissələrinin qiyməti baha olduğundan dəymiş zərər də sürücülərə baha başa gəlir. Həmçinin, nəqliyyat vasitəsinin güzgüsünün qırılmasının 2400 manata başa gəldiyi deyilir. Bu da, sürücünün bir neçə aylıq əməkhaqqısı deməkdir.

Məsələ ilə əlaqədar A24.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir:

“Yayılan məlumatlar tam əsassızdır. Çünki “BakuBus”un avtobusları sığorta şirkəti tərəfindən sığortalanıb. Bütün bu məsələlər də sığorta müqaviləsi əsasında tənzimlənir”.

– Qəza törədən avtobus sürücülərinə maaşlarından tutmaqla cərimə tətbiq olunurmu?

M.Ağayev qəza törədən sürücülərin cəzalandırılmasından da danışıb. O bildirib ki, əgər qəza hadisəsi avtobus sürücüsünün təqsiri ucbatından baş veribsə, həmin sürücü cəzalandırılır:

“İlk növbədə, qəza baş verəndə onun səbəbləri araşdırılır. Öncə araşdırılır ki, bu hadisə həqiqətənmi sürücünün səhvi ucbatından baş verib? Onun qaydalara əməl edib-etməməsi araşdırılır. Ola bilsin ki, hadisə kənar amillər səbəbindən baş verib. Amma hadisə sürücünün günahı üzündən baş verirsə, müəyyən tədbirlər görülür və sürücü cəzalandırılır. Eyni zamanda, təkcə cəza ilə kifayətlənmirik. Həm də maarifləndirici tədbirlər həyata keçiririk. Sürücüyə qarşı tətbiq edilən cəza ilə yanaşı, maarifləndirmə işləri də aparılır ki, növbəti dəfə bu cür hallar baş verməsin”.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyevin imzaladığı fərmanla Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Səid Qərib
A24.az

Foto Qalereya: