Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qalatasaray” və “Fənərbağça”ya ağır cəzalar: Terim 7 oyun…

05.03.2020 13:57

Türkiyə Futbol Federasiyanın (TFF) Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın XI turunda baş tutan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, komitə meydan sahiblərinə ağır cəzalar verib. Belə ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim 7 oyunluq cəzalanıb, 65 min lirə cərimə olunub. Baş məşqçinin köməkçisi Hasan Şaşın cəzası 8 oyun olub. Ona 20 min 800 lirə cərimə kəsilib.

TFF “Qalatasaray”dan 4 futbolçunu da cəzalandırıb. Belə ki, Badu Ndiaye 5 oyun (13 min lirə cərimə), Rayan Donk 6 oyuun (7 min 800 lirə cərimə), Harri Rodrigez 3 oyun (7 min 800 lirə cərimə) cəza alıb. Mariano isə 5 min lirə cərimələnib.

İntizam Komitəsinə verilmiş “Qalatasaray”ın prezidenti Mustafa Çingiz cəzalanmayıb. Klubun vitse-prezidenti Abdurrahim Albayraka isə xəbərdarlıq edilib.

“Fənərbağça”dan isə iki futbolçu cəzalanıb. Belə ki, Roberto Soldado 6 oyun (15 min 600 lirə cərimə), Jailson isə 8 oyun (20 min 800 lirə cərimə) cəza alıb.

Bundan başqa “Qalatasaray” azarkeşlərinin səbəb olduğu olaylara görə 60 min lirə, pilləkən boşluqlarınının boş saxlanılmaması səbəbindən 25 min lirə, “Fənərbağça” isə komanda şəkilində idmançıya yaraşmayan hərəkətlərə görə 12 min lirə cərimə edilib.