Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qarabağ” ÇL-nın 100-lüyündə

05.03.2020 13:58

UEFA Çempionlar Liqası tarixinin reytinq siyahısı açıqlanıb.

Об этом сообщает Руспрес

A24.Az qurumun saytına istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda “Qarabağ” klubu 33 xalla 100 pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib.

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. “Köhlən atlar” bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.

Siyahıya 590 xalla İspaniya “Real Madrid”i başçılıq edir. Almaniya “Bavariya”sı 462 xalla ikinci, İspaniyanın digər klubu “Barselona” isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.