“Qarabağ” konqolu hücumçu ilə 3 illik müqavilə imzaladı
05.03.2020 13:582018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu daha bir futbolçunu heyətinə qatıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi konqolu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalayıb.
Qeyd edək ki, Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), “Admira” (Avstriya) və “Osmanlıspor” (Türkiyə) komandalarında oynayıb. 28 yaşlı forvard son olaraq Türkiyə təmsilçisi “Bursaspor”da çıxış edib. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb.

