Qarabağ” “Neftçi”yə liderlikdə şərik oldu
05.03.2020 13:58Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, turun açılış matçında “Qarabağ” Suraxanı qəsəbəsində “Sumqayıt”ı qonaq edib.
“Azərsun Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi 21-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin penaltidən vurduğu qolla oyunda qalib gəlib.
Bu qələbədən sonra “Qarabağ” xalını yeddiyə çatdırıb və lider “Neftçi”yə turnir cədvəlində şərik olub.
Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah “Səbail” “Zirə”ni qəbul edəcək. Ertəsi gün isə “Sabah” – “Qəbələ” və “Neftçi” – “Keşlə” oyunları keçiriləcək.

