“Qarabağ” “Qəbələ”ni məğlub etdi – VİDEO
05.03.2020 13:58Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir oyun keçirilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, həftənin üçüncü matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı 33-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Ceyms Adeniyi açıb. Lakin ağdamlılar fasilədən sonra İnnosent Emeqara, Miçel Madeyra və Filip Ozobiçin qolları ilə qələbə qazanıblar. Legioner oyunçular müvafiq olaraq 47, 64 və 67-ci dəqiqələrdə fərqləniblər.
Bu qələbədən sonra xalını 23-ə çatdıran “Qarabağ” 2-ci sıraya yüksəlib. “Qəbələ” isə 12 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günüdə “Səbail” “Sabah”ı 4 cavabsız qolla məğlub edib. “Neftçi” isə “Zirə” ilə bərabərə qalıb. Tura 19:30-da başlayacaq “Sumqayıt” “Keşlə” oyunu ilə yekun vurulacaq.

