Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qarabağ” “Vorskla”nın tarixinə düşdü

05.03.2020 13:58

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər görüşündə əldə edilən 1:0 hesablı qələbə Ukraynanın “Vorskla” klubunun tarixinə düşüb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu, Poltava təmsilçisinin yarışın qrup mərhələsində ilk qalibiyyətini əldə edib. Bunadək komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika “Standard”ı (0:0) və Danimarka “Kopenhagen”i (1:1) ilə görüşlərdə heç-heçə ediblər.

Cari mövsümdə isə “Vorskla” İngiltərədə “Arsenal”a 2:4, evdə isə Portuqaliya “Sportinq”inə 1:2 hesabı ilə uduzub.

Poltavalılar “Qarabağ”la görüşədək avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.

Qeyd edək ki, 2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutan “Vorskla” tarixində 7-ci dəfə avrokubokda iştirak edir.