Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qarabağ”da gözlənilməz yoxlama

05.03.2020 13:58

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşları Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan “Qarabağ”ın düşərgəsində olub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, AMADA-nın nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq-testdən keçməli olduğunu bildiriblər.

Bu səbəbdən bu gün Ukraynanın “Vorskla” klubu ilə oyunun protokolunda adı olacaq yeddi futbolçu – Abdellah Zubir, Ansi Aqoli, İnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev və Simeon Slavçev bir otağa salınaraq, ümumi hazırlıqdan kənar saxlanılıb.

“Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb. Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda, tövsiyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub dörd illik cəzalana bilər.