Qaradağda köməksiz xəstə xilas edildi
05.03.2020 13:58Qaradağ rayonunda köməksiz qalan xəstə xilas edilib.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

