Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qardaşı oğlu sağ qalsın deyə futbolu tərk etdi

05.03.2020 13:58

Argentinanın aşağı liqa təmsilçisi, “Central Larroque” komandasının futbolçusu Alehandro Benitez karyerasına son qoyub. Səbəb isə qardaşı oğlunun həyatını qurtarmaq olub.

Об этом сообщает Руспрес

A24.Az ailem.az-a istinadən bildirir ki, bir neçə həftə əvvələ qədər “Central Larroque” komandasının formasını geyinən Lulo ləqəbli Benitez futbol ilə insan həyatı arasındakı seçimində ikinciyə üstünlük verib.

9 aylıq qardaşı oğlu Milonun fiziki problemləri olduğu üçün həkimlər uşağa qaraciyər köçürmək lazım olduğunu deyiblər. Milo üçün atasının qaraciyəri uyğun çıxmır, anası isə ürəyindəki narahatlıqlara əsasən donorluğa qəbul edilmir. Test etdirən Benitezin qaraciyəri isə qardaşı oğlu ilə uyğun gəlir. Ancaq həkimlər Benitezə bu əməliyyatdan sonra futbol oynaya bilməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər. O isə heç düşünmədən qardaşı oğlunun həyatını qurtarmağı seçir.

Alehandro Benitezdən qaraciyər parçasının alınması üçün aparılan əməliyyat 7 saat, həmin bu parçanın nəqli üçün Miloya edilən əməliyyat isə 12 saat çəkib. Həkimlər hər iki əməliyyatın da uğurlu keçdiyini, balaca Milonun isə vəziyyətinin stabil olduğunu, həyati riskin qalmadığını bildiriblər.