Qaxda 19 yaşlı qız intihar etdi – Bu gün nişanı olacaqmış
05.03.2020 13:58Qaxda intihar olub.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

