Qaz balonu partladı, ev yandı – Azərbaycanda bədbəxt hadisə
05.03.2020 13:58Cəlilabad rayonunda evdə partlayış olub.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində fərdi yaşayış evində baş verib. Belə ki, kənd sakini Əzizov Məzahir İsrafil oğluna məxsus fərdi yaşayış evində partlayış baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Yanğın nəticəsində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.
Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yanğına səbəb maye qaz balonunda baş verən partlayışın səbəb olduğu deyilir.

