Qazaxda 25 yaşlı oğlan göldə batdı
05.03.2020 13:58Qazax sakini göldə batıb.
Об этом сообщает Роспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində olan süni göldə baş verib. Rayonun Fərəhli kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılov Ozan Rəşid oğlu göldə cimən zaman boğulub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları dəvət olunub.
Axtarış təddbirləri həyata keçirilir.

