Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qazaxda toydan qalan yeməkləri yeyib zəhərlənən ailə üzvləri evə buraxıldı

05.03.2020 13:58

Qazaxda kütləvi qida zəhərlənməsi diaqnozu ilə Diaqnostika Mərkəzinə yerləşdirilən rayon sakinləri evə buraxılıb.

Об этом сообщает Роспрес

Bu barədə A24.az-a Qazax rayon Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verib. O bildirib ki, zəhərlənən şəxslər – Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova müalicə olunduqdan sonra evə buraxılıb.

“Müayinə və müalicə olundular. Sağlamlıqları bərpa olundu. Səhhətləri tam yaxşı idi. Biraz öncə evlərinə getdilər” – deyə, baş həkim qeyd edib.

Qazax rayonunda kütləvi şəkildə qidadan zəhərlənənlərin səhhəti yaxşılaşıb.

Bu barədə A24.az-a Qazax rayon Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verib. O bildirib ki, qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin səhhəti yaxşılaşır: “Ola bilsin ki, həmin xəstələri bu gün evə buraxacayıq. Əgər, bu gün də alınmasa, sabah mütləq buraxılacaqlar”.

K.İbrahimov həmin şəxslərin zəhərlənməsinin səbəblərindən də danışıb: “Qohum toyu olub. Toydan qalan yeməkləri iki-üç gün sonra da yeyiblər. Həmin yeməklər ailə üzvlərinin zəhərlənməsinə səbəb olub”.

Qeyd edək ki, Qazaxda qidadan zəhərlənənlər bir ailənin üzvü olub. Onlar Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifovadır.

Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Vusal Faiq oğlu Xudiyev və 1957-ci il təvəllüdlü Almaz Həmid qızı Yusifova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.