“Qəbələ”nin Avropa macərası başa çatdı
05.03.2020 13:59“Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşdı.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda “Qəbələ” 2:1 hesabı ilə məğlub olub. Bununla da “Qəbələ”nin Avropa macərası sona çatır.
Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşmışdı.
Xatırladaq ki, bu komandalar iki il əvvəl Avroliqanın pley-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun yetirmələri səfərdə vurduğu qollar sayəsində rəqibindən üstün olaraq qrup mərhələsinə vəsiqə qazanmışdı – 0:0, 2:2.

