Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qəbul etdiyimiz bu qidalar beynimizi yeyir – SİYAHI

05.03.2020 13:59

Yediyimiz yeməklər sadəcə arıqlayıb kökəlməyimizə səbəb olmur. Gün ərzində yediklərimiz beynimizin sağlamlığına da ciddi şəkildə təsir edir. Bəs o zaman hansı qidalar beyinə ziyandır?

Об этом сообщает Футляр от виолончели

Saytımız beynə mənfi təsir göstərən qidaları təqdim edir:

1 – Şəkər və şəkər məhsulları…

Uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur. Bundan başqa yaddaşı zəiflətdiyi aşkar edilib. İnsanın nəyisə öyrənmə qabiliyyətini də zəiflətdiyi bildirilir. Bu səbəblərdən dolayı şəkərdən uzaq durmaq lazımdır.

2 – Spirtli içki…

Spirtli içkilərin qara ciyəri məhv etdiyi hamıya məlumdur. Ancaq az sayda insanın bildiyi başqa bir təsiri beynin fəaliyyətini azaltmasıdır. İçki sağlam düşünmə qabiliyyətini, yaddaşı zəiflədir. Uzun müddət spirtli içki içdikdə insanda qalıcı zərbələrə yol açır.

3 – Fast Food…

Montreal Universitetində aparılan bir araşdırma “fast food” məhsullarının beynin kimyəvi tərkibini dəyişdirdiyini ortaya qoyub. Bu isə depressiya problemlərinə gətirib çıxarır. “Fast Food” məhsullarının içərisində olan qatqı maddələrinin öyrənmədə pozulmalara, fikri cəmləməkdə və yaddaş zəifliyinə yol açdığı sübut edilib.

4 – Qızardılmış yeməklər…

Qızardılmış və ya işlənmiş qidalar beyindəki sinirləri zədələyir. Bəzi yağlar isə digərlərinə görə daha zərərlidir. Təbiətdə ən toksiki və təhlükəli qızartma yağının günabaxan yağı olduğu müəyyən edilib.

5 – Çox duzlu qidalar…

Duzun ürəyə ziyan olduğunu hər kəs bilir. Lakin duzun tərkibində olan çoxlu miqdarda sodium beynə də ziyandır və düşünmə qabiliyyətini zəiflədir. Bunda başqa əqli geriliyə səbəb olduğu sübut edilib.

6 – İşlənmiş proteinlər…

Protein əzələ yaradır. Ət isə yüsək keyfiyyətli və zəngin protein qaynağıdır. Ancaq sosiska, kolbasa və buna oxşar qidalar kimi işlənmiş proteinlərdən uzaq durmaq lazımdır. Təbii proteinlər insanın sinir sistemini bərpa etdiyi halda, işlənmiş proteinlər əksini edir. Yəni sinir sistemini dağıdır.

7 – Trans yağlar…

Bu kimi yağlardan mütləq şəkildə uzaq durmaq lazımdır. İnsan beynində refleksi öldürür, beynin fəaliyyətini aşağı salır. Bundan başqa infarkt riskini maksimum həddə çatdırır, Alzheimer kimi xəstəliklərin yaranmasına səbəb olur.

8 – Süni dadlandırıcılar…

İnsanlar arıqlamaq üçün şəkər yerinə süni dadlandırıcılardan istifadə edirlər. Bu kimi qidalar az kaloroli  olsa da faydasından çox ziyanı var. Uzun müddət istifadə edildikdə beynin zədələnməsinə  və əqli çatışmazlıqlara yol açır.

9 – Nikatin…

Nikatinin zərərləri sadalamaqla qurtarmaz. Beyinlə bağlı zərərlərinə gəldikdə bədənimizin ən əhəmiyyətli orqanı olan beynimizə qanın getməsinin qarşısını alır. Beynimizə qan getməsə oksigen də getməz. Bu isə beynimizin yavaş-yavaş ölməsinə yol açar.