Qətər böhranı bitir? – 4 ərəb ölkəsi razılığa gəlmək üzrədir – ŞƏRTLƏR
05.03.2020 13:59Artıq 2 ayı tamam olan Qətər böhranında Səudiyyə Ərəbistanı da başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir yeni bir bəyanat verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, 4 ərəb ölkəsi, Doha rəhbərliyinin terrorizmlə mübarizədə xoş niyyətli olduğu halda dialoqa hazır olduqlarını bildirib. Ölkələrin xarici işlər nazirləri Bəhreynin paytaxtı Ammanda bu gün böhranı müzakirə edirlər.
Qətərə embarqo tətbiq edən ölkələr daha əvvəl 13 maddəlik tələb siyahısı təqdim edib və həmin siyahı Doha tərəfindən rədd edilib. Tələb siyahısında Türk hərbi bazasının bağlanması da olub.
Qətər əleyhinə blok sonradan siyahını yumşaltsa da istədiyi nəticəni əldə edə bilməyib.
ABŞ-dan gələn son mesajlara əsaslansaq Vaşinqton böhranın bitməsini gözləyir.
Türkiyə isə böhranın yarandığı gündən bəri Qətərə dəstək verən ən önəmli ölkə mövqeyindədir.
Vüsalə

