Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda ağır qəza: ana və körpəsi öldü – Yenilənib

05.03.2020 13:59

Bu gün Bakının Qaradağ rayonunda – Bakı-Ələt magistralının 48-ci kilometrliyində baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyini müəyyənləşdirilir. 

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, “lent.az”ın məlumatına görə, ilkin araşdırma zamanı “Shacman” markalı yük maşınına çırpılan “Opel”də vəfat edən şəxslərin Masallı rayonundan olduğu məlum olub. Bəlli olub ki, ölən şəxslərdən ikisi 24 yaşlı qadınla 7 aylıq körpəsidir.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Qəzada ağır yaralanan daha bir şəxs xəstəxanaya yerləşdirilib.

XXXXX

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Saytımızın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Ölənlər kişi, qadın və uşaqdır.

APA-nın əldə etdiyi məlumata görə, ölən uşaq 5-6 aylıq olub.