Qubada toy günü bəy və gəlini aparan maşın aşdı
05.03.2020 13:59Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
Saytımızın “Report”a istinadən verdiyi məlumata görə, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.
Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.
Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.
Faktla bağlı araşdırma aparılır.

